Türkiyə-Suriya sərhədində 5 azərbaycanlı saxlanıldı

Türkiyə rəhbərliyi yanvarın 1-dən iyunun 30-dək qeyri-qanuni şəkildə Suriyaya keçməyə çalışan 56 rusiyalını saxlayıblar.
 
Oxu.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu dövr ərzində sərhəddə 32 ölkədən 457 əcnəbi saxlanılıb. Saxlanıların böyük bir hissəsi Çindəndir - sərhəddə 241 nəfər uyğur saxlanılıb.
 
Bundan başqa, 56 Rusiya, 30 - Fələstin, 29 - Türkmənistan, 13 - Böyük Britaniya, 12 - Fransa, 9 - Səudiyyə Ərəbistanı, 7 - Əfqanıstan, Cənubi Koreya və Tacikistan vətəndaşları (hər ölkədən 6 nəfər), Azərbaycan, Almaniya, Belçika və Niderland vətəndaşları (hər ölkədən 5 nəfər) saxlanılıb.
 
Daha 18 ölkədən gəlmiş 1-dən 3-dək əcnəbi saxlanılıb.
 
Vətəndaşları Suriyaya keçmək istəyən ölkələrin sırasında Avstraliya, Braziliya, Trinidad və Tobaqo da var. /

Google+ WhatsApp ok.ru