Türkiyə Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcək?

Türkiyənin 2016-cı ilin iyun ayından etibarən Azərbaycana qarşı viza rejimi tətbiq edəcəyi gözlənilmir. Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
 
Nazirlikdən deyiblər ki, Türkiyənin ölkəyə gələn Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyi haqqında məlumat XİN-ə daxil olmayıb və Azərbaycan vətəndaşlarına qarşı hər hansı viza dəyişikliyi ediləcəyi gözlənilmir.
 
Qeyd edək ki, Türkiyə 89 ölkənin vətəndaşlarına viza rejimi tətbiq edəcək, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
 
Məlumata görə, viza rejimi tətbiq ediləcək dövlətlər arasında Azərbaycanla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Qırığızıstan, Türkmənistan, Rusiya, Tacikistanın da adları var.
 
Məlumata görə, viza rejimi 2016-cı ilin iyunundan tətbiq ediləcək. /

Google+ WhatsApp ok.ru