Türkiyə kitabxanalarında saxlanılan 10 qədimi Quran İranda çap olunacaq 02 Fevral 2017 02:00 Xəbərlər Türkiyə kitabxanalarında saxlanılan 10 qədim və xəttatlıq nümunəsinə görə gözəl olan Quran İranda çap olunacaq. Maide.Az xəbər verir ki, bunu İranın “Şukuhi Fondunun” elmi şurasının üzvi Yusif Beygbabapur deyib. O deyib ki, Türkiyə kitabxanalarından 100 qədim Quranın dicital kopyalarını almışıq. “Biz bu Quranlardan 10 ədədini xəttatlıq və təzhib (bəzəyinə) görə seçmişik və onları çap edəcəyik”. Y.Beygbabapur deyib ki, bu Quranlar yeddi, səkkiz, doqquz və onuncu əsrlərə aiddir. “Quranlar Türkiyəli və İranlı xəttatların əl işidir. İlk dəfə olaraq biz bu Quranları çap etmək istəyirik” Teqlər : #Türkiyə kitabxanalarında saxlanılan 10 qədimi Quran İranda çap olunacaq , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzər sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb Rustavidə gürcülərlə azərbaycanlılar etiraza qalxdılar