Türkiyədə turistlərlə dolu yaxta qəzaya uğradı - Ölənlər var

Türkiyədə turistlərlə dolu yaxta qəzaya uğradı - Ölənlər var

Türkiyədə Marmaris rayonunda turistlərlə dolu yaxta qəzaya uğrayıb. Trend-in məlumatına görə, yaxtada 11 nəfərin olduğu bildirilir.
 
Son məlumata görə, hadisə yerinə dərhal gələn xilasedicilər 2 nəfəri sudan sağ çıxara biliblər, 3 nəfərin isə cəsədi tapılıb.
 
Həlak olanların hansı ölkə vətəndaşı olmaları barədə hələ məlumat verilməyib.
 
Qəzanın hansı şəraitdə və səbəbdən baş verməsi məlum deyil.

Google+ WhatsApp ok.ru