Türkmənistan Xəzərdə süni ada yaradır 06 Dekabr 2016 02:00 Xəbərlər Türkmənistanda mütəxəssislər Türkmənbaşı körfəzi akvatoriyasında yaradılacaq süni ada üçün quraşdırılmış baza platformasının montorinqini həyata keçirir. Trend-in “Neytral Türkmənistan” qəzetinə istinadən məlumatına görə, həmin obyektin inşasına iki il əvvəl başlanılıb. Bu işlər beynəlxalq dəniz limanının tikintisi zamanı başlayıb. Bölgənin perimetri 7 kilometr, ərazisi 160 hektar təşkil edir. Qəzet yazır ki, bu ərazidə əhəmiyyətli ölçülərdə şəhər yerləşə bilər. Bu ada salındıqdan sonra onu ekoloji turizm mərkəzi kimi istismar etmək planlaşdırılır. Teqlər : #Türkmənistan Xəzərdə süni ada yaradır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda dörd məhkum ölüb 2017-ci ildə GUAM dövlət başçılarının sammiti keçirilə bilər