TRT-nin spikeri və daha 41 əməkdaşı saxlanılıb

TRT-nin spikeri və daha 41 əməkdaşı saxlanılıb

Türkiyənin dövlət Teleradio Şirkəti olan TRT-nin 42 əməkdaşı saxlanılıb.
 
APA-nın “Anadolu agentliyi”nə istinadən verdiyi məlumata görə, proses FETÖ-nun dövlət çevrilişi cəhdinə görə aparılan araşdırma çərçivəsində həyata keçirilib.
 
Bildirilir ki, Ankara Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin və prokurorluğun əməkdaşları onları TRT-nin binasından götürüb.
 
Aralarında xəbər aparıcısının da olduğu 42 nəfər ifadə verib. 
 
Barələrində qərar olsa da, hələlik saxlanılmayan əməkdaşların da tutulması istiqamətində iş aparıldığı bildirilir.
 

Google+ WhatsApp ok.ru