Trump müsəlmanların ABŞ-a miqrasiyasını qadağan edir

Trump müsəlmanların ABŞ-a miqrasiyasını qadağan edir

Birləşmiş Ştatlar prezidenti Donald Trump müsəlmanların ölkəyə miqrasiyasına müvəqqəti qadağa qoyur. ABŞ mətbuatının yazdığına görə, bu gün-yanvarın 25-də prezidentin bununla bağlı xüsusi sərəncamı olacaq.
 
Ancaq qadağa bütün müsəlmanlara aid edilməyəcək. Adının açıqlanmasını istəməyən rəsmilər mətbuata deyiblər ki, D.Trump Suriya, İraq, İran və başqa müsəlman ölkələrindən gələnlərə viza verilməsini yasaqlayır. Təqibə məruz qalmış dini azlıqlar viza ala biləcəklər. Həm də rəsmilər qadağanın bir neçə ay sürəcəyini, hökumət miqrantlarla bağlı ciddi araşdırma proqramı hazırlayandan sonra aradan qaldırılacağını söyləyiblər.
 
D.Trump özü də dünən Twitter səhifəsində sabahkı günün böyük gün olacağını, milli təhlükəsizliklə bağlı qərarlar veriləcəyini yazıb, Meksikayla sərhədə divar çəkiləcəyini bildirib. Sərhədə divar çəkmək də, miqrant axınını dayandırmaq da D.Trump-ın seçki kampaniyası zamanı ən çox səsləndirdiyi vədlərdən idi. (azadliq.org) /

Google+ WhatsApp ok.ru