Tunisdə hotelə hücum: 27 ölü (Yenilənib)

Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, Tunisin Sousse şəhərində yerləşən turist otelinə hücum nəticəsində ən azı 27 nəfər həlak olub.
Bu otel həmdə Britaniya turistlərinin populyarlığını qazanmış oteldir.
Orada güllə səsləri eşidilib. Yerli polisin dediyinə görə, silahlılardan biri öldürülüb.
Şahidlərin bəziləri partlayışlar barədə də xəbər verir, lakin bu məlumatın rəsmi təsdiqi hələ ki yoxdur.
Bu ilin mart ayından Tunisdə turizm sahəsi ilə bağlı olan bir çox obyektlərdə təhlükəsizlik tədbirləri gücləndirilmişdi.
Həmin vaxt Tunis paytaxtında yerləşən Bardo muzeyinə hücum nəticəsində Böyük Britaniya, Fransa, İtaliya, Kolumbiya və Yaponiyadan olan 21 turist həlak olmuşdu.  BBC azeri  /
 
***
 
Tunisin Sus şəhərindəki Əl-Kantaui kurortunda, “İmperial” hotelinin yaxınlığındakı çimərlikdə baş verən atışma 19 insanın həyatına son qoyub.
 
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hücum edən şəxs məhv edilib.
 
Hazırda ölənlərin kimliyi hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir./
 

 

Google+ WhatsApp ok.ru