Tunisdə komendant saatı tətbiq edilməyə başlanıb

Tunis hökuməti bütün ölkə ərazisində komendant saatı tətbiq etmək qərarına gəlib.
 
Maide.az "Report"a istinadən xəbər verir ki, bu barədə Tunisin Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Komendant saatı bu gündən etibarən qüvvəyə minib və axşam saat 8-dən səhər 5-ə qədər keçərli olacaq. Qərar ölkədə davam edən etirazlar və üsyanlar fonunda qəbul edilib./
 

Google+ WhatsApp ok.ru