Ukrayna prezidenti BMT-ni ‘diriltməyi’ təklif edib

Ukrayna prezidenti BMT-ni ‘diriltməyi’ təklif edib

“BMT-ni yeniləmək lazımdır”.
 
“Report” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
 
BMT Baş Assambleyasının sessiyasında çıxış edən dövlət başçısı hesab edir ki, təşkilatın nizamnaməsinin yenilənməsindən başlamaq lazımdır, çünki qurumun sənədləri tövsiyə xarakterli deyil, onu "öz arzuna görə yerinə yetirmək olar".
 
"Siz orada hər kəs özü özü üçün sözlərini tapmayacaqsınız. O zaman dünya COVID-19 imtahanından, birlik imtahanından keçdiyini etiraf etməzdi", - Zelenski deyib.
 
Onun sözlərinə görə, BMT-ni irqi ayrıseçkiliklərin olmaması üçün canlandırmaq lazımdır.
 
Ukrayna lideri həmçinin təşkilatın dünyada sayı xeyli olan “qaynar” nöqtələrin yanında görüşlər keçirməsini təklif edib.
 
"Bəlkə də bu qlobal problemləri eşitdiyiniz və görə biləcəyiniz yerdə görüşməliyik. Dünyada minlərlə qaynar nöqtələr var. Ukrayna onların hər birinin yanında BMT-nin toplantılarına qatılmağa hazırdır", dövlət başçısı deyib.
 
Zelenski həmçinin çıxışında BMT-nin bugünkü işini nə edə biləcəyini unutmuş ​​təqaüdçü qəhrəmanla müqayisə edib.
 
Qeyd edək ki, BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də ABŞ-ın Nyu-York şəhərində işə başlayıb. Sentyabrın 21-də liderlərin, hökumət və nazirlik başçılarının iştirak edəcəyi yüksək səviyyəli həftə başlayıb.
 

Google+ WhatsApp ok.ru