Ustadın qınağı və qonşunun haqqı 05 Aprel 2019 16:15 İbrətamiz hekayələr İbrətamiz hekayələr Məşhur fəqih və “Məfatihul-kəramət” adlı kitabın müəllifi Seyid Cavad Amuli şam yeməyinə məşğul idi. Birdən qapının səsini eşidildi. Bildikdə ki, ustadı Seyid Mehdi Bəhrul-Ülumun xidmətçisi gəlib, dərhal qapıya tərəf tələsdi. Xidmətçi dedi: “Ustad sizi çağırıb və şam süfrəsində sizi gözləyir. Ancaq siz gələnə qədər süfrəyə əl uzatmayacaq.” Gecikmək olmazdı. Seyid Cavad hazırlaışıb, dərhal Seyid Bərhul-Ülumun evinə yollandı. Ustadın gözü Seyid Cavada sataşan kimi, görünməmiş bir qəzəblə dedi: “Seyid Cavad, Allahdan qorxmursan, Allahdan utanmırsan?” Seyid Cavad donub qaldı, öz-özünə fikirləşdi ki, görəsən, nə olub, nə baş verib ki, ustadım bu qədər qəzəblidir, məni niyə bu cür danlayır, qınayır?! Öz-özünə ustadının qəzəblənməsinin səbəbini tapa bilmədikdə, ustadından soruşdu: “Ustad, olar buyurasınız ki, mənim təqsirim, günahım nədir?” –Bir həftədir qonşun fılankəs ailəsi ilə birlikdə buğda və düyü üzünə həsrətdir. Bu müddət ərzində küçədəki dükandan nisyə xurma alaraq onunla günlərini başa vururlar. Bu gün yenə də xurma almağa gedib, amma dükançı onu danışmağa qoymadan deyib ki, sənin borcun çoxdur, o da bunu eşidəndən sonra xəcalət çəkib nisyə istəməmiş və özü və ailəsi şamsız qalmışdır. –And olsun Allaha, mənim bu işdən xəbərim olmayıb, yoxsa, onların dadına çatardım. –Mənim hay-küy salmağımın səbəbi də elə budur ki, nə üçün öz qonşunun vəziyyətindən xəbərsizsən? Nə üçün onlar yeddi gün, yeddi gecə bu vəziyyətdə qalıb, sən isə bundan xəbərin olmasın? Əgər xəbərdar olub kömək etməsəydin, onda sən heç müsəlman sayılmazdın... Mənim xidmətçim bu xörəkləri aparacaq, birlikdə o kişinin evinin qapısına qədər gedin. Xidmətçi ora çatdıqdan sonra geri qayıtsın, sən isə qapını döy, ondan xahiş et ki, səninlə birlikdə şam yesin. Bu pulu da al və onun evindəki xalçanın, yaxud həsirin altına qoy və qonşuluqda səhlənkarlıq etdiyin üçün üzr istə, sonra geri qayıt. Mən burada oturmuşam və sən qayıdıb o mömin qonşun barədə mənə xəbər çatdırana kimi, mən şam yeməyəcəyəm.” Xidmətçi cürbəcür ləzzətli xörəklərlə dolu olan böyük bir qabı götürüb Seyid Cavadla birlikdə qonşunun evinə yollandı. Xidmətçi qapıya çatanda xörək qapını Seyid Cavada verib qayıtdı və Seyid Cavad icazə aldıqdan sonra içəri daxil oldu. Ev sahibi Seyid Cavadın üzürxahlığı və xahişindən sonra süfrəyə əl uzatdı. Bir loğma yedi. Xörəyi ləzzətli gördükdə, başa düşdü ki, xörək ərəb xörəyi deyil. Dərhal yeməkdən əlini çəkib dedi: ”Bu, ərəblərin bişirdiyi xörəklərdən deyil. Əgər bu yeməyin haradan gətirildiyini deməsən, mən ona əl uzatmayacağam.” O kişi düz təyin etmişdi. Xörək Bəhrul-Ülumun evində hazırlanmışdı. Onların əsli İranın Bürucerd şəhərindən idi və həmin xörək ərəb xörəklərindən deyildi. Seyid Cavad nə qədər israr etdi ki, sən xörəyini ye, nə işin var ki, kimin evində hazırlanıb, qonşu qəbul etmədi və dedi: “Deməyənə qədər yeməyə əl uzatmayacağam.” Seyid Cavad çarəsiz qalıb macəranı əvvəldən axıra qədər danışdı. O kişi macəranı eşidəndən sonra xörəyi yedi. Ancaq heyrətdə ikən deyirdi: “Mən öz sirrimi bir adama belə deməmişəm və ən yaxın qonşularımdan da gizli saxlamışam. Bilmirəm Seyid Bərhul-Ülum haradan xəbər tutub?!” (“Məcmueyi-asar”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh.383; “Əl-kuna vəl-əlqab”, Muhəddis Qummi, 2-ci cild, səh.62.) Maide.az – Maarif bölümü Teqlər : #Ustadın,#qınağı,#və,#qonşunun,#haqqı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İki qanad sahibi Allah-Taala ilə ticarətin bərəkəti