Vəkil Xədicə İsmayılla görüşüb

Vəkil Fəxrəddin Mehdiyev “Azadlıq” radiosunun həbsdə olan əməkdaşı Xədicə İsmayılla görüşüb.
 
Bu barədə vəkil özü məlumat verib.
 
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə görüşlə bağlı etdiyi müraciətə müsbət cavab aldıqdan sonra X.İsmayılla görüşüb: “Biz Xədicə İsmayılla görüşdə Ali Məhkəməyə hazırladığımız kassasiya şikayətinin detallarını müzakirə etdik. 2016-cı ilin yanvar ayının əvvəlində şikayəti Ali Məhkəməyə təqdim edəcəyik”.
Vəkil bildirib ki, X.İsmayılın saxlanma şəraitindən narazılığı və səhhəti ilə bağlı problemi yoxdur.Report /
 

Google+ WhatsApp ok.ru