Vəkil Tale Bağırzadə ilə görüşə bildi 30 Mart 2016 01:00 Xəbərlər Martın 30-da Bakı İstintaq Təcridxanasında saxlanılan ilahiyyatçı Tale Bağırzadənin iştirakı ilə istintaq hərəkətləri keçirilib. Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil istintaq hərəkətlərinin detallarına varmayıb. Elçin Sadıqov həmçinin, T. Bağırzadə ilə görüşünə maneələr yaradıldığını deyib: “Təcridxanada əvvəlcə mənə görüş üçün icazə vermədilər. Səbəb kimi görüş üçün prokurorluqdan onlara məktub göndərilmədiyini göstərdilər” Vəkilin bildirməsinə görə, xeyli çək-çevirdən sonra iş üzrə müstəntiqin də müdaxiləsi ilə görüşə buraxılıb. Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb. Baş Prokurorluğun məlumatına görə, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs edilib. Martın 30-da Sabunçu Məhkəməsində saxlanılanların bəzilərinin məhkəmə prosesi başlayıb. azadliq.org / Teqlər : #Vəkil Tale Bağırzadə ilə görüşə bildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu yol sürücülərin baş bəlasına çevirilib-VİDEO Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətində “Atasının anası” adlı bayram tədbiri qeyd olundu (Foto)