Vəkillər Kollegiyası 3 tanınmış vəkili cəzalandırdı

Müzəffər Baxışın Kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət olunub, Bəhruz Bayramova töhmət, Elçin Sadıqova isə xəbərdarlıq edilib

Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib. İclasda 3 vəkillə bağlı qərar qəbul edilib. Vəkil Müzəffər Baxışov barəsində qəbul edilən qərar onun Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət edilməsi barədədir. Bu qərar Ali Məhkəmənin hakimiTatyana Qoldmanın kollegiyaya şikayəti əsasında çıxarılıb. Həmin şikayət üzrə açılan inzibati icraata baxan Rəyasət Heyəti M.Baxışovun üzvlükdən xaric edilməsi üçün məhkəməyə müraciət edilməsinə qərar verib.
 
Müzəffər Baxışov iddia edir ki, baş verənlər Ali Məhkəmənin sədri Ramiz Rzayevin göstərişilə həyata keçirilir. Vəkil bildirib ki, Ali Məhkəmənin sədri barəsində səsləndirdiyi fikirlərə görə cəzalandırılıb. M.Baxışın sözlərinə görə hüquqlarının müdafiəsi üçün sonadək mübarizə aparacaq.
Vəkil Elçin Sadqıova isə xəbərdarlıq edilib. Elçin  Sadıqov bildirib ki, onun barəsində Vəkillər Kollegiyasının İntizam Komissiyası rəy verib. Buna səbəb Ali Məhkəmənin hakimi Fərhad Kərmovun müraciətidir. Müraciət isə Novruz Bayramı ərəfəsində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan jurnalist Pərviz Həşimlinin müdafiəsi ilə bağlıdır. “27 oktyabr 2015-ci ildə Pərviz Həşimlinin Ali Məhkəməyə şikayəti əsasında iclas təyin edlmişdi. 
 
İclasdan bir müddət əvvəl Pərviz Həşimli ilə görüşdüm. Pərviz xahiş etdi ki, onun Ali Məhkəmədəki prosesdə iştirakının təmin edilməsi ilə bağlı vəsatət qaldırım. Mən də vəsatət qaldırdım ki, məhkəmə Pərviz Həşimlinin baxışda iştirakənən təmin etsin. Oktyabrın 27-də Ali Məhkəmə mənə heç bir xəbər vermədən iclası keçirərərək işə baxıb və Pərviz Həşimli barəsində qərarı qüvvədə saxlayıb. Bundan sonra hakim Fərhad Kərimov həm mənim, həm də digər vəkil Bəhruz Bayramov barəsində Vəkillər Kollegiyasına müraciət edib. Mənim barəmdə müraciətdə göstərib ki, guya Pərviz Həşimlinin hüquqlarını müdafiə etməmişəm. Vəkillər Kollegiyasının İntizam Komissiyası da bunula bağlı rəy verib” - deyə vəkil bildirib.
 
Elçin Sadıqov əlavə edir ki, Vəkillər Kollegiyasının rəyini əsassız hesab edir. “Çünki mən məhkəmə baxışının təxirə salınması ilə bağlı ərizə göndərmişəm və   məhkəmənin çıxardığı qərar, yəni həmin ərizənin təmin edilməməsinə görə məsuliyyət daşımıram. Həmçinin Pərviz Həşimlinin müdəfiəsinə gəlincə, nəinki Ali Məhkəmədə, ibtidai istintaqdan başlayaraq, Avropa Məhkəməsinə qədər bütün instansiyalarda müdafiəsində iştirak etmişəm. Ona görə də İntizam Komissiyasının bu rəyi tamamilə əsasssızdır. Həmçinin Pərviz Həşimlinin özü də İntiazm Komissiyasına məktub göndərib ki, Ali Məhkəmənin hakimim şikayəti əsassızdır və həm Bəhruz Bayramov, həm də Elçin Sadıqov onun müdafiəsində daim iştirak ediblər” - deyə vəkil bildirir.
 
Vəkil Bəhruz Bayramova isə VK-nın Rəyasət Heyəti tərəfindən töhmət elan edilib. Qeyd dək ki, Ali Məhkəmənin hakimi Fərhad Kərimov onun barəsində Vəkillər Kollegiyasına şikayət edib. Hakim iddia edib ki, vəkil mətbuatda çıxışlarında onun haqqında təhqiramiz ifadələr işlədib. 
 
Bəhruz Bayramov «Bizim Yol» qəzetinə açıqlamasında bildirib ki, o hakim Fərhad Kərimovu təhqir etməyib, bu tamamilə absurddur. «Müvəkkilim vicdan məhbusu Pərviz Həşimlinin Ali Məhkəməyə şikayətinə Fərhad Kərimovun sədirliyi ilə baxılıb və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu hadisə MTN-də məlum qrupun işfa olunmasından sonraya təsadüf edib. Pərvizin yaxınlarında, müdafiəçilərində ümid yaranmışdı ki, MTN-də ifşa olunan şəxslərdən tərəfindən şərlənərək həbs olunan Pərviz Həşimlinin işinə ədalətlə baxılacaq. Bu barədə Pərvizin özü və atası Ədliyyə naziri, cənab Fikrət Məmmədova müraciət etmişdilər. Amma gözlənilməz halda Fərhad Kərimov jurnalistlə bağlı hökmü qüvvədə saxladı. Mən də bu qərarı tənqid etmişəm»-deyə B.Bayramov vurğulayıb. 

Google+ WhatsApp ok.ru