Vəkil: 'Narahatlığım qalmaqdadır' 14 Noyabr 2016 02:00 Hüquq Elçin Sadıqov: 'Təqiblər vəkillik fəaliyyətimə görədir' «Mənə olan hədələrlə bağlı hər hansı araşdırma başlamayıb». Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib. O deyib ki, hüquq-mühafizə orqanları rəhbərlərinə rəsmi müraciət etsə də, ona cavab verilməyib: «Odur ki, narahatlığım qalır, çünki məsələ araşdırılmır». Vəkil qeyd edib ki, gənc siyasi fəal Bayram Məmmədovun məhkəmə prosesində bir daha təzyiq görüb. E.Sadıqov deyib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarından birindən «gününü göstərəcəyik» hədəsi eşidib. Vəkil hesab edir ki, hədə və təzyiqlərə məruz qalması sırf peşə fəaliyyəti ilə bağlıdır. Noyabrın 2-də vəkil Elçin Sadıqov açıqlamışdı ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) hədələnib. Ardınca internet mediası üzərindən vəkillə bağlı şantaj məzmunlu xəbər, şəxsi ailə fotoları yayılmışdı. E.Sadıqov tədbir görülməsindən ötrü daxili işlər nazirinə, baş prokurora və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmişdi. Bunun ardınca noyabrın 3-də isə vəkilin qardaşı polisə aparılıb dindirilmişdi. Vəkilin açıqlamalarına, hələlik, nə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, nə də Göygöl rayon Polis Şöbəsindən münasibət öyrənmək mümkün olub. / Teqlər : #Vəkil: 'Narahatlığım qalmaqdadır', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hacı Məmmədov “tubzon”dan yoxa çıxıb Akif Çovdarov vəkillərindən imtina etdi