Vladimir Putin: “Suriyada hərbi əməliyyatlar başa çatmaq üzrədir”

Vladimir Putin: “Suriyada hərbi əməliyyatlar başa çatmaq üzrədir”

-- Terror üzərində tam qələbəyə hələ çox qalıb

“Suriyada hərbi əməliyyatlar gerçəkdən başa çatmaq üzrədir”.
 
Bunu Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də Soçidə Suriya prezidenti Bəşşar Əsədlə görüşdə bildirib.
 
V.Putin qeyd edib ki, terrorçuluq qlobal xarakter alıb: “Terror üzərində tam qələbəyə hələ çox qalıb. Ancaq bizim terrora qarşı birgə mübarizəmiz nəticəsində Suriya ərazisində hərbi əməliyyatlar gerçəkdən başa çatmaq üzrədir”.
 
Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Prezidentlər Suryadakı böhranı və vəziyyətdən çıxış yollarını müzakirə edəcəklər.
 
Xatırladaq ki, Vladimir Putinlə Bəşşar Əsəd sonuncu dəfə 2015-ci il oktyabrın 21-də Moskvada görüşüblər. (reprot) 
 

Google+ WhatsApp ok.ru