Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib.
 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, ilkin məlumatlara əsasən, yerli vaxtla yanvarın 5-də saat 19:31-də mərkəzi Xəzər dənizində, yerin 50 km dərinliyində olmaqla zəlzələ qeydə alınıb.
 
Zəlzələnin maqnitudası 3,5 bal təşkil edib. Yeraltı təkanlar hiss olunmayıb.

Google+ WhatsApp ok.ru