Xəzərdə ölüm platformasındakı yanğın tam söndürüldü

Dekabrın 4-də Bakı və Abşeron yarımadasında nadir hallarda təsadüf edilən çox güclü qasırğa zamanı “Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yanan quyular fevralın 10-da tamamilə söndürülüb.
 
Maide.az xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı məlumatda deyilir.
 
Yanğın zamanı quyuağzı avadanlıqların sıradan çıxması nəticəsində quyuların hermetikliyi pozulmuşdu ki, bu da quyuların boğulmasını çətinləşdiriridi.
 
Mövcud texnika və avadanlıqlardan maksimum səmərəli istifadə edilərək, əlavə problem yaratmadan yanan quyularda növbə ilə quyuağzı avadanlıqlar dəyişdirilib, quyular məhlul ilə boğulub.
 
Görülmüş tədbirlər nəticəsində yanğın tam söndürülüb. /
 

Google+ WhatsApp ok.ru