Xaricə gedən vətəndaşların NƏZƏRİNƏ: İki tələb mövcuddur 20 Avqust 2021 14:05 Xəbərlər “Azərbaycan vətəndaşının xarici ölkəyə getməsi ilə bağlı iki tələb mövcuddur”. Maide.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, bu, Azərbaycanın və vətəndaşın getdiyi ölkənin tələbidir: “Əgər Azərbaycan vətəndaşı ölkədən çıxırsa və peyvənd olunubsa, onun PCR testi verməyinə ehtiyac yoxdur. Əgər peyvəndi yoxdursa, onun PCR testinə ehtiyacı var. Getdiyi ölkə PCR testi tələb edirsə, o zaman istər peyvənd olunan, istərsə də olmayan hər kəs mütləq qaydada PCR testi əldə etməlidir”. Teqlər : #Xaricə,#gedən,#vətəndaşların,#NƏZƏRİNƏ:,#İki,#tələb,#mövcuddur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru KİV: ‘Əfqanıstan Prezidenti ‘İnterpol’ xətti ilə axtarışa verilib’ İslam Əməkdaşlıq Təşkilatı Əfqanıstanda münaqişə tərəflərinə müraciət edib