Yəməndə iqtisadi mühasirəyə görə hər 5 saniyədə 1 uşaq aclıqdan ölür

Yəməndə iqtisadi mühasirəyə görə hər 5 saniyədə 1 uşaq aclıqdan ölür

Yəmənin Milli Nicat Dövlətinin rəsmiləri Səudiyyə-Amerika koalisiyasının hücumları nəticəsində Yəməndə hər 5 saniyədə 1 uşağın aclıqdan öldüyünü elan edib.
 
Madie.Az İQNA-a istinadla xəbər verir ki, Yəmənin Milli Nicat Dövlətinin Müzakirə Heyətinin rəisi Məhəmməd Əbdüs-Səlam deyib: Mübarək Ramazan ayının astanasında Səudiyyə-Amerika koalisiyasının Yəmən xalqını iqtisadi mühasirədə saxlaması təcavüzkar ölkələrin insani dəyərlərdən xəbərsiz olduqlarını göstərir.
 
O əlavə edib:  Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi sosial şəbəkə hesabında deyib: Dünya Sağlamlıq Günü qeyd edildiyi bir vaxtda Amerika, İngiltərə, BƏƏ və Səudiyyənin zalimanə iqtisadi mühasirəsinə görə Yəməndə hər beş saniyədə bir uşaq acından ölür. Bu isə təcavüzkar qüvvələrin Yəmən xalqı əleyhinə bütün qırmızı xətləri keçməsini və BMT-nin bütün qanunlarını ayaq altına alması deməkdir.
 
O əlavə edib: Bu gün dünya dövlətləri Yəmən xalqını qətliam edən Amerika, İngilis, Səudiyyə və BƏƏ kimi təcavüzkar dövlətləri məhkum etmək yerinə, onlar xəstəxanaların xilası üçün bir neçə gəmini buraxdıqları üçün bizdən onlara təşəkkür etməyimizi istəyirlər. Biz qatilə qətliamı dayndırdığı üçün təşəkkür etməliyik, ya o, bu cinayətlərinə görə cavab verməlidir?!  
 
Yəmən xalqı müharicə və təcavüzün qarşısında Allahın köməyi ilə müqavimət göstərəcək, öz azadlıq, yaşamaq, izzət və hakimiyyət haqqını müdafiə edəcəkdir.

Google+ WhatsApp ok.ru