Yer kürəsi 5 dərəcəyədək isinə bilər 05 Sentyabr 2017 01:00 Xəbərlər Qlobal istiliyin əsrin sonuna qədər ortalama 2°-dən də çox artması gözlənilir. Maide.Az Azərtac-a istinadla xəbər verir ki, ABŞ-ın iki qurumu bir-birindən xəbərsiz araşdırma həyata keçiriblər. Vaşinqton Universitetinin alimləri 2100-cü ilədək Yer kürəsinin 2-4,9° dərəcə arasında isinəcəyi ehtimalının 95 faiz olduğunu bildiriblər. Elm adamları hərarətin 1,5° və ondan az artma ehtimalını isə 1 faiz olaraq dəyərləndiriblər. Tədqiqatçılar əsrin sonuna qədər planetimizin ən azı ortalama 3,2° isinəcəyini deyiblər. Maks Plank Meteorologiya İnstitutunun alimləri isə bildiriblər ki, insanların yanacaqdan istifadəni dayandıracağı halda belə, Yer kürəsi 2100-cü ilə qədər təxminən 2° isinəcək. Elm adamları istixana effekti qazlarının 15 il daha istifadə olunacağı təqdirdə orta hərarətin 3°-dək yüksəlməsi ehtimalını da irəli sürüblər. Teqlər : #Yer kürəsi 5 dərəcəyədək isinə bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Maşa və ayı` Yaxın Şərqdə ən çox baxılan cizgi filmdir Putin Myanmarda müsəlmanlara qarşı törədilən zorakılığı pislədi