Yol polisinin avtomobilini çəkiclə əzən şəxsə 9 illik həbs cəzası verilib 25 Yanvar 2017 02:00 Hüquq Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidməti (YPX) avtomobilini çəkiclə əzən Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ş. Bəylərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən il fevralın 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əvvəllər məhkum edilmiş Ş.Bəylərov Bakıda xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyənləşib. Ondan 302,477 qram heroin götürülüb. O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. / Teqlər : #Yol polisinin avtomobilini çəkiclə əzən şəxsə 9 illik həbs cəzası verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda küçəni zibilləyən sürücü cəzalandırıldı - VİDEO Azərbaycan hakimiyyətindən 18 məhbusun azad olunması tələb edilir