Yoxa çıxan satirik şairin anası: `Oğlumu oğurlayıblar` 15 Oktyabr 2015 01:00 Hüquq Sosial şəbəkələrdə öz satirik şerləri ilə tanınan Tofiq Həsənli oktyabrın 12-i axşamdan yoxa çıxıb. T.Həsənlinin anası özünün videomüraciətində bildirib ki, onu məhz satirasına görə oğurlayıblar. "O, ətrafında gördüyü hər şeyi şerə çevirirdi" - deyə şairin anası bildirib. Şahidlərin sözlərinə görə, satirik saat 21:00-a yaxın Qala qəsəbəsində mağazaya girərkən naməlum şəxslər onu maşına əyləşdirərək aparıblar. "Turan" agentliyinin sorğusuna cavab olaraq DİN-dən bildirilib ki, T.Həsənlinin oğurlanması barədə onlara məlumat daxil olmayıb. "Ailə üzvləri polisə müraciət etməli və ya 102 saylı nömrəyə zəng etməlidirlər" - DİN mətbuat xidmətindən qeyd olunub. Xatırladaq ki, T.Həsənli öz şerlərində radikal dindarları, dövlət məmurlarını kəskin tənqid edir. Teqlər : #Yoxa çıxan satirik şairin anası: `Oğlumu oğurlayıblar`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa Məhkəməsindən Azərbaycanla bağlı daha 2 qərar İntiqam Əliyevin işi apellyasiya məhkəməsinə göndərilməyə bilər