Özbəkistan dini qurumlar və vicdan azadlığı haqqında qanunda dəyişikliklər edəcək

Özbəkistan dini qurumlar və vicdan azadlığı haqqında qanunda dəyişikliklər edəcək

Özbəkistan hakimiyyəti “Dini qurumlar və vicdan azadlığı haqqında” qanunun yeni redaksiyasada işlənməsinə BMT-nin və ATƏT-in nümayəndələri də daxil olmaqla bir sıra beynəlxalq ekspertlər cəlb edib.
 
Maide.Az "İslam.ru"a istinadla xəbər verir ki, adı çəkilən qanun 1991-ci ildə qəbul edilib. Sonuncu dəfə həmən qanuna 1998-ci ildə dəyişikliklər olunub.  
 
Qanun layihəsi beynəlxaq ekspertlər tərəfindən qiymətləndirilməsi üşün yaxın zamanlarda  ABŞ səfirliyinə, ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbekə,  ABŞ Helsinki  Komissiyasına, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqları üzrə Bürosuna və BMT-nin xüsusi məruzəçisi Əhməd Şahidə təqdim ediləcəkdir.
 
Xatirladaq ki Özbəkistanda  2,2 mindən çox dini qurum qeydiyyatdan keçib ki onlarin 90 faizindən çoxu İslami dini icmalardır.  Ölkədə həmçinin 157 məsihi, 8 yəhudi  və  6 bəhai icması, eləcə də  bir krışna cəmiyyəti və bir budda məbədi  qeydiyyatda mövcuddur. 

Google+ WhatsApp ok.ru