Zil-Hiccənin 9-u  “Beynəlxalq Müsəlman Qadınlar” günü təyin olundu

Zil-Hiccənin 9-u “Beynəlxalq Müsəlman Qadınlar” günü təyin olundu

 Ötən gün Kuala Lumpurda keçirilən dünya müsəlman qadınlarının iclasın sonunda   Zil-Hiccə ayının 9-u “Beynəlxalq Müsəlman Qadınlar” günü  kimi elan olundu.
 
Maide.Az  “Islamic News” xəbər saytına istinadən bildirir ki,  Kuala Lumpurda keçirilən dünya müsəlman qadınlarının iclasının son bəyanatında  “Beynəlxalq Müsəlman Qadınlar “ gününün elan edilməsindən başqa daha 13  istiqamət üzrə razılıq əldə olunub.
 
“Ali təhsilli müsəlman qadınların sayının artırılması,  bütün sahələrdə müsəlman qadınların beynəlxalq aləmdə rolunun artırılması,islamofobiya, ifratçılıq, ayrıseçkilik və savadsızlıqla mübarizədə müsəlman qadınların  düşüncə və potensiallarından istifadə etmək qəbul olunmuş bəyanatda yer almış digər istiqamətlərdir.”
 
Bəyanatda  həmçinin  dünyada sülhün inkişaf etdirilməsi üçün müsəlman qadınların beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılması nəzərdə tutulub.
 
Bu iclas cümə günü  dünyanın  50 ölkəsindən 2000-dən çox fəal müsəlan qadının  iştirakı ilə  öz işinə başlamışdı.İclas  dünyada sülhün yaradılmasında müsəlman qadınların  rolu və  qarşıdakı problemlərin aradan qaldırılması üçün onlara  imkanların yaradılması , həmçinin  müsəlman qadınları arasında  vəhdət və birliyin artırılması məqsədi ilə təşkil olunmuşdu. İclasda dünyanın müxtəlif bölgələrində müsəlman qadınların problemləri , onların cəmiyyətdə  rolu  və  cəmiyyətdə onların mövqeyinin artırılması kimi məsələlər müzakirə olunub.
 
 

Google+ WhatsApp ok.ru