4 hicab məhbusu azadlığa buraxıldı 03 Oktyabr 2014 01:00 Ölkə Xəbər verdiyimiz bu gün 4 hicab məhbusu azadlığa buraxılıb. Bu gün 2012-ci ilin oktyabr ayının 5-ində keçirilən 3-cü "Hicaba azadlıq" aksiyasında həbs olunanlardan 4-ünün həbs müddəti bitir. Hicab məhbusları səhər saatlarında saxlanıldıqları CÇM-dən buraxılıblar. Maide.az-ın "Azadxeber.az"-a istinadən verdiyi xəbərə görə, Bayraməli Vəlişov, Ruhid Abbasov, Xudaverdi Allahverdiyev Xələcdə yerləşən 5 saylı cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb. Arif Fətəliyev isə Qaradağda yerləşən 14 saylı CÇM-dən sərbəst buraxılıb. / Teqlər : #4 hicab məhbusu azadlığa buraxıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncə gölündə möcüzə - VİDEO Bakıda yenidən tramvaylar hərəkət edəcək