Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun tikintisi başa çatmaq üzrədir

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yeni layihəsi çərçivəsində Lənkərançay üzərindəki körpünün tikintisi başa çatmaq üzrədir.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, yol başlanğıcını Masallı-Astara avtomobil yolunun 31+775-ci km-dən götürməklə 31+972-ci km-də başa çatır.
 
Yolun uzunluğu 205,5 m, eni 28,5 m olan körpü 6 aşırımdan ibarətdir.
 
Tikinti işləri zamanı əvvəlcədən gərginləşdirilmiş tirlərdən istifadə olunub. Layihə çərçivəsində suötürücü borular, uzunluğu 800 m olan yanaşma yolları ilə yanaşı, alt hissədə müxtəlif kəndləri birləşdirmək məqsədilə yerli yollar da inşa olunub.
 
Dörd hərəkət zolağı üçün nəzərdə tutulan körpüdə son tamamlanma işləri həyata keçirilir.

Google+ WhatsApp ok.ru