Əxlaq ustadı nizam-intizam qaydalarını pozubmuş

Ötən gün AİP sədr əvəzi hacı Elçin Manafov başda olmaqla bir qrup partiya funksioneri və üzvləri Hacı Mövsüm Səmədovla görüşmək üçün 12 saylı cəzaçəkmə müəssisəsində olub.

Bu haqda AİP sədr müavini Vüqar İbayev məlumat verib:

“ Biz hacı ilə görüş üçün sənədlərimizi təqdim etdik. Həbsxananın şöbə rəisi Babək İsgəndərov sənədlərimizi gətirərək bizə bəhanə olaraq bildirdi ki, Mövsüm Səmədov daxili nizam-intizam qaydalarını pozduğu üçün xüsusi cəza rejimində (karsda) saxlanılır və buna görə onunla görüşə icazə verilmir.

Hacının hansı intizam qaydasını pozduğunu soruşduqda isə Babək müəllim bunu söyləyə bilməyəcəyini bildirdi.

 “Ruhani, əxlaq ustadı, insanlara əxlaqdan dərs deyən biri necə nizam-intizam qaydalarını poza bilər” sualını isə həbsxana rəsmisi cavabsız qoydu”.

Daha sonra AİP rəsmiləri Babək müəllimə Hacıya qarşı olunan bu haqsızlıqlara görə ictimaiyyətin də bərk narahat olduğunu bildirdi.

” Mövsüm Səmədovun sentyabrın 30-da xüsusi cəza rejimində saxlanma müddəti başa çatacaq və bura toplaşanlardan belə başa düşdüm ki, doğrudan da hacı cəmiyyətdə hörmətli, nüfuzlu və sevilən bir insandır”, - deyə sonda şöbə rəisi vurğuladı.

Qeyd edək ki, Hacı Mövsüm Səmədov 12 saylı həbsxanaya köçürülən kimi ona qarşı xüsusi cəza rejimi tətbiq edilib. O, ilk öncə 5 sutka “kars” cəzası alıb. Onun “kars” cəza müddəti sentyabr ayının 24-ü 7 sutka daha artırılıb. Onu da qeyd edək ki, Hacı Mövsüm Səmədov həbsxana rəhbərliyinin ona qarşı bu cür münasibətinə etiraz olaraq, aclıq aksiyası keçirir. islaminsesi /

 

Google+ WhatsApp ok.ru