“Qalatasaray”a erməni rəhbər gələ bilər 21 Oktyabr 2014 01:00 İdman İstanbulun “Qalatasaray” futbol klubunun rəhbərliyi ermənilərin nəzarəti altına keçə bilər. Kluba keçiriləcək prezident seçkilərinə əsas namizədlərdən biri olan Alp Yalmanın komandasına Türkiyə erməni toplumunun tanınmış nümayəndələrindən biri olan Tiqran Gülməzgilin adı daxildir. Tiqran Gülməzgil həm də Türkiyə ermənilərinə məxsus “Karagözyan” fondunun prezidentidir. 25 oktyabrda keçiriləcək seçkidə əsas iki namizəd var: Duyqun Yarsuvat və Alp Yalman. Alp Yalman seçkiləri qazanarsa, Tiqran Gülməzgil idarə heyətinin üzvü olacaq və klubun maliyyə işlərinə rəhbərlik edəcək. Teqlər : #Qalatasaraya erməni rəhbər gələ bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Qalatasaray` - `Borussiya` oyununa azərbaycanlı hakimlər “Qarabağ” sabah Avropa Liqasında növbəti oyununu keçirəcək