“Heç-heçə barədə düşünmürdük”

Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Dnepr"ə 1:2 hesabı ilə uduzan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 
 
Təcrübəli mütəxəssis komandasının sonadək mübarizə apardığını bildirib:
 
“İstəməzdik ki məğlub olaq. Çox çalışdıq ki, hesabı qoruyaq. Ancaq alınmadı. Futbolçularımız yaxşı oynadı. Sona qədər mübarizə apardılar. Komandaya iradım yoxdur. İlk oyundan sonra bildirmişdim ki, bu qələbəni çox şişirtmək lazım deyil. Qarşıdakı oyunlar haqda düşünəcəyik.
 
- “Qarabağ” üç oyunda ilk qolu buraxıb və geri dönüş edə bilməyib. Səbəb nədir?
 
- Sadəcə qol vurmaq alınmadı. Başqa səbəb yoxdur. Bir neçə oyunlarda dönüş etmişik.
 
- Ola bilərmi ki, “Qarabağ” heç-heçəyə oynadığı üçün uduzdu?
 
- Biz qələbəyə oynayırdıq. Heç-heçə barədə düşünmürdük. Rəqibin gücünü də nəzərə almalısınız.
 
- Sizə elə gəlmir ki, “Qarabağ”ın komanda oyununda bir qədər problem var?
 
- Kənardan belə görünə bilər. Ola bilər ki, futbolçular özləri qol vurmaq istəsin. Ancaq bəzən komanda yoldaşını görmək çətin olur.
 
- Sizcə, “Qarabağ”In növbəti mərhələyə adlamaq şansı nə dərəcədədir?
 
- Biz də istməzdik ki, azarkeşlərimiz məyus edək. Hər bir rəqibə hörmətlə yanaşmalıyıq. Biz qarşımıza məqsəd qoymamışdıq ki, qrupda ikinci yeri tutaq. “Sent-Etyen”lə oyun daha asan olacaq. Çünki biz bu gün məğlub olmuşuq. Daha məsuliyyətli olacağıq. “Dnepr”lə ilk oyunda qalib gəldiyimiz üçün fubolçularda istər-istəməz rahatlıq ola bilərdi.
 
- Bəzi oyun epizodlarında futbolçular azarkeşlərin əsiri altına düşürdü. Sizə elə gəlmir ki, “Qarabağ” səfərdə daha yaxşı oynayır?
 
- Ola bilər ki, səfərdə hücumları başqa cür qururuq. Hər rəqibə qarşı fərqli oynayırıq. Məncə, komandamızın ev, yaxud da səfər oyununda fərq yarada biləcək amil yoxdur. Çalışırq ki, hər oyunda öz oyun sxemimizi yaxşılaşdıraq.
 
- “Dnepr”in baş məşqçisi rəqibin oyunu Reynaldonun üzərində quracağını bildiklərini söylədi...
 
- Oyunu tək Reynaldonun üzərində qurmamışdıq. Cinahlardan hücumlar edirdik. Bilirdik ki, bəzi oyunçularımızı bağlayacaqlar. Tam istədiklərini edə bilmədilər. Ön xətdə olan bütün futbolçularımız aktiv idi. 
 
- Sanki “Qarabağ” oyunu düzgün qurmamışdı.  Rəqib sizi daha yaxşı analiz etmişdi...
 
- “Dnepr” qalib gəlibsə, deməli, bizi yaxşı analiz ediblər. Biz hər oyunda təcrübəmizi artırırıq.
 
- Son vaxtlar “Qarabağ”da geri ötürmələr olur.
 
- Bəzi epizodlarda rəqib qabağa getməyə imkan vermir. Belə olanda mümkün varianlardan istifadə etməliyik. Gördüyünüz kimi, bəzən geri ötürmələr işimizə yarayırdı. Rəqib ən çox təhlükəni biz hücumda olan zaman yaradırdı. Yəni əks-hücumlarda bizi cəzalandırırdılar.  

Google+ WhatsApp ok.ru