Əli Həsənov: “Dini cərəyanları dövlətin üzərinə qaldırmaq istəyənlər var”

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS televiziyasında "Hesabat" verilişinin qonağı olub.

- Yəqin siz də mənlə razılaşarsız ki, son zamanlar dini təmayüllü qüvvələr arasında radikallaşmalar var. Məscidə od vururlar və yaxud hardasa hansısa addımlar atılır bu istiqamətdə. Düşünürəm ki, xüsusilə Azərbaycan dövlətinə son zamanlar elə Xədicə İsmayılova faktoru əsasında təzyiqlərin artması zəminində bu proseslərə yanaşanda daha dərin təhlil etməkdən ötrü əsaslarımız yaranır.

- Administrasiyadan bu məsələlər necə görünür? Deyim ki, Azərbaycan vətəndaşları və Azərbaycanın dini inanclı insanları bu hadisələrin başında durur, onun mahiyyətini təşkil edir və aksiyalar onların iradəsi ilə baş verir, əlbəttə bu, belə deyil. Azərbaycan vətəndaşı firavan, sabit, normal bir həyat yaşamağa meyllidir. Və bunu da biz gündəlik həyatımızda, idarəçilikdə müşayiət edirik.  Azərbaycanda müxtəlif cərəyanlarda inanclı insanlar birləşiblər. Bunların içərisində həm adını çəkdiyiniz vəhhabilər də var, bunların içərisində deyək dinin şiə qanadını təmsil edənlər də var, bunların içərisində nurçular və digər-digər dini cərəyanlara mənsub insanlar var. Lakin bunları Azərbaycan dövlətinin üzərinə qaldırıb, daxildə bir-birinə qarşı qoyub, bir-biri ilə savaşdırıb nəyəsə nail olmaq istəyən xarici qüvvələr var. Azərbaycan dövlətini sabit vəziyyəti çoxlarına sərf etmir. Əlbəttə Azərbaycan dövlətinin sabitliyində maraqlı qüvvələr, dövlətlər də var. Azərbaycanın tərəfdaşları var, dünya birliyinin Azərbaycanla sabit əlaqələrində maraqlı olan üzvləri var. Lakin Azərbaycanın sabit inkişafında maraqlı olmayan, Azərbaycan dövlətinə təzyiqlər vasitəsi ilə nəyəsə nail olmaq istəyən qüvvələr var ki, bu qüvvələr zaman-zaman həm o dini cərəyanları, sosial qrupları, siyasi partiyaları, mətbuat orqanlarının bəzi savadsız nümayəndələrini dövlətə və dövlətçiliyə qarşı təhrik edə bilirlər. Dövlətə və dövlətçiliyə bunların gücü çatmayanda, ictimai davranış normalarını pozmağa qadir olmayanda, bunlar o tipli aksiyalara əl atırlar. Məscidi partlatmaq, yolda kiməsə sui-qəsd etmək və.s. Təkrar edirəm, bunlar Azərbaycan vətəndaşlarının qəlbindən gələn və onların həyatına uyğun, onların davranışlarına uyğun hadisələr deyil. azadliq /

Google+ WhatsApp ok.ru