“Azəriqaz”da ixtisar: işçilərin hüquqları pozulur?

Bu dəfə “Azəriqaz” ASC-də işçilər müxtəlif bəhanələrlə ixtisar edilir.
Axar.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı öz Fecebook hesabında məlumat paylaşıb.
QHT sədri qeyd edir ki, bəzən işçilər arasında aparılan ixtisar, yaxud idarə və müəssisələrin ləğvi zamanı işəgötürənlər işçinin hüquqi cəhətdən savadsızlığından istifadə edərək onların hüquqlarını pozur.Bu hal xüsusən də regionlarda yaşanır:
 
“Regionlardan bir vətəndaş yazır ki, “Azəriqaz”ın rayon qaz sahəsində işləyir. Regional idarə yaranması ilə əlaqədar bütün işçilərə iki ay vaxt verilib və bildirilib ki, bu müddət ərzində isçi öz xahişi ilə ərizəsini verib ona düşən kompensasiyanı alıb işdən çıxa bilər. Bizə verilən məlumatda qeyd olunur ki, iki aylıq əmək haqqı almaqla müqaviləyə xitam verilə bilər. Vətəndaşı maraqlandıran əsas məsələ isə budur: “Əslində biz işdən çixarkən nə qədər təzminat verilməlidir?”
 
Sualı cavablandıran Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin hüquqşünası Azər Quliyev qeyd edir ki, bununla bağlı müraciət edən işçilərə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan qaydada rəsmi xəbərdarlıq edilməlidir:
“Əmək Məcəlləsinin bu maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Əgər işçi ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəksə:
 
• ona 1 ay üçün orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti,
• işdən çıxarıldığınız gündən, yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.
Bu maddədə nəzərdə tutulan qaydada yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında (yaşadığı ərazinin məşğulluq mərkəzində) qeydiyyata alınan şəxslərə verilir. Bu 2 aylıq müavinəti almaq istəyirsinizsə, işdən çıxdığınız gündən 1 ay müddət ərzində yaşadığınız ərazinin məşğulluq mərkəzində işsiz kimi növbəyə durmalısınız. Yeni işə düzəlmədiyiniz halda hər ayın axırında, mərkəzdən arayış almaqla, işlədiyiniz müəssisəyə təqdim etməklə, aylıq müavinəti ala bilərsiniz. Yuxarıda qeyd olunan aylıq müavinətlərdən isə gəlir vergisi tutulmur.
Xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”.
Bu açıqlama isə bird aha təsdiqlətir ki, ixtisarlarla bağlı işçiyə iki aylıq müavinətinin təklif edilməsi qanuna uyğundur.deyerler/

Google+ WhatsApp ok.ru