“BP Azərbaycan”dan ixtisarlar barədə xəbərə münasibət

“İxtisarlar davam edir. Növbəti qanun pozuntusu BP-nin Təchizat Bazasındadır (ASCO). Belə ki, şirkət rəhbərliyi iki nəfər işçisini ixtisar adı ilə qeyri-qanuni işdən azad edib. Təşkilatımız onların hüquqlarını məhkəmədə müdafiə edəcək”. 
 
Maide.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bir neçə gün bundan əvvəl sosial şəbəkədə məlumat vermişdi.
 
Adıçəkilən məsələ ilə bağlı “BP Azərbaycan” şirkətinin açıqlama verib. 
 
BP şirkətinin Azərbaycandakı nümayəndəliyi “BP Azərbaycan”nın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ixtisarlarla bağlı Mirvari Qəhrəmanlının bu açıqlamasına oxu.az-a münasibət bildirib.
 
“Bu işçiləri ASCO şirkəti işdən azad edib, yəni onlar BP-nin işçiləri deyil.  Bu məsələni BP-nin podratçısı olan ASCO şirkəti ilə dəqiqləşdirmək lazımdır
 
Onu da əlavə etmək istəyirəm ki, biz bütün podratçılarımızla olan müqavilələrimizin işçilərlə bağlı müddəalarının yerli qanunvericiliyə uyğun olmasını daim nəzarətdə saxlayırıq və göstərdiyiniz halı da hazırda araşdırırıq”- deyə,  o bildirib. 

Google+ WhatsApp ok.ru