İçərişəhər “Cümə” məscidinin dini icması İmam Həsən Əsgərinin (ə) mübarək mövlud gününü qeyd etdi

Hicri-qəməri təqvimi ilə 232-cı ilin rəbbiüs-sani ayının 8-i müsəlmanların 11-ci imamı Həzrət İmam Həsən Əsgərinin (ə) mövlud günüdür.
 
Bu mübarək günün gəlişi münasibətilə İçərişəhər "Cümə" məscidi dini icması bayram tədbiri keçirib. Mövlud tədbiri “Təvəssül” duasının oxunması ilə başlanıb.
 
Daha sonra İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu tədbir iştirakçıları qarşısında xütbə ilə çıxış edib.
 
İmam Həsən Əsgərinin mübarək həyatının (ə) müxtəlif cəhətlərinə toxunan xətib, xüsusilə o Həzrətin (ə) dünyaya gəldiyi mübarək ailəyə diqqət çəkib.
 
Hacı İlqar xütbə zamanı eyni zamanda İmam Həsən Əsgərinin (ə) insanlara çatdırışları, o cümlədən namazlarla bağlı xüsusi tövsiyələrini barədə geniş danışıb. Xətib daha sonra namaz və namazın keyfiyyətli qılınması ilə bağlı geniş danışıb.
 
Daha sonra “Əhli-beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupunun ifasında biri-birindən gözəl İlahilər səsləndirilib.
 
Tədbir duaların edilməsi və “Fərəc” duasının oxunması ilə yekunlaşıb./

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru