“Sony” İsveçdə min nəfəri işdən çıxarıb

“Sony” şirkəti problemli mobil biznes bölməsinin yenidən təşkili prosesini davam etdirərək bu dəfə iş yerlərini azaltmaq qərarına gəlib. Belə ki, “Sony Mobile” bölməsinin İsveç nümayəndəliyindən 575 ştatda olan əməkdaş və müqavilə əsasında çalışan 400 nəfər işdən azad edilib.
 
Yaponiya istehsalçısı nümayəndəlikdə ixtisarların aparılmasını təsdiq edərək bəyan edib ki, bu addım 2015-ci ilin fevralında elan olunan kadr islahatlarının tərkib hissəsidir. O vaxt istehsalçı dünya üzrə mobil bölmədə 2100 iş yerinin ləğv edilməsini bildirib.
 
“Sony” martın 31-də başa çatan 2014-2015-ci maliyyə ilini 1 mlrd. dollarlıq itki ilə başa vurub.

Google+ WhatsApp ok.ru