Ələt-Astara yolunun tikintisi yarımçıq qaldı 09 Sentyabr 2015 01:00 İqtisadiyyat İtaliyanın "Todini Costruzioni Generali SPA" şirkəti Azərbaycandakı nümayəndəliyinin bağlanmasını elan edib. "Report"un əldə etdiyi məlumata görə, şirkət kreditorlara iki ay ərzində tələblərini bildirməli olduğunu açıqlayıb. Məlumata görə, kreditorlar öz tələblərini şirkətin Bakı şəhəri, Ələsgər Qaibov küçəsi,10Q ünvanında yerləşən "Sübhan" Biznes Mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisinə bildirməlidirlər. Qeyd edək ki, şirkət Azərbaycanda 1996-cı ilin dekabrında qeydiyyatdan keçib. Xatırladaq ki, "Todini Costruzioni Generali SPA" Azərbaycanda Ələt-Astara avtomobil magistralının tikintisi layihəsinin əsas icraçısı olub. Teqlər : #ƏlətAstara yolunun tikintisi yarımçıq qaldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ekspertlərdən ilin sonu üçün bədbin proqnoz Azərbaycanın dövlət qiymətli kağızlar bazarı kəskin azalıb