Ətin qiyməti bahalaşa bilər 25 Sentyabr 2015 01:00 Ölkə Qurban bayramı ərəfəsində bazarda ətin qiymətinin ucuzlaşması müvəqqəti haldır. Yaxın günlərdə təklifin azalması, qiymətlərin isə artımı baş verəcək. Bunu modern.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bayram ərəfəsində bazarda ətin qiymətində ucuzluğun müşahidə edilməsinə münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, ucuzluğa səbəb bayramda yaxşı gəlir əldə etmək üçün bəzi sahibkarlar qonşu ölkələdən çoxlu sayda diri heyvan idxal etməsidir:“Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə almayan tədarükçülər heyvanların satışı ilə bağlı ciddi problemlərlə qarşılaşıblar. İlk günlərdə təmiz ət çəkisinin bir kiloqramını 9-10 manata təklif edən sahibkarlar sonradan qiymətləri endirməli olublar”. Ekspertin fikrincə, bazarda təklifin azalması və qiymətlərin artması ilə müşahidə olunacaq: “Bazarda tələbin azalması təbii olaraq istehsalın da azalmasına səbəb olacaq. Bu isə o deməkdir ki, gələcəkdə ət bazarında təklifin azalması, qiymətlərin isə artımı baş verəcək”. Qeyd edək ki, bazarda dana və quzu ətinin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşıb. 7.5 manat və 8 manata təklif edilən dana əti 7 manata, 9-10 manata satılan quzu əti isə 8 manat və 8.5 manata alıcılara təklif edilir. / Teqlər : #Ətin qiyməti bahalaşa bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həcc ziyarəti zamanı dünyasını dəyişən azərbaycanlının Məkkədə dəfn ediləcəyi gözlənilir Son illər Azərbaycanda yeni doğulan uşaqlara ən çox hansı adlar qoyulur?