Şəmkirdə məscidin söküntüsü dayandırıldı - Foto 13 Oktyabr 2015 01:00 Ölkə Şəmkirdə məscidin söküntüsü dayandırılıb. Bu barədə AzadXeber.az-ın əməkdaşı məlumat verir. Məlumatda qeyd olunur ki, Azərbaycanın müxtəlif bölgələrindən gələn inanclıların və kənd sakinlərinin etirazından sonra bu addım atılıb. İnanclılar adından rəsmilərlə görüşən nümayəndələrə bildirilib ki, məscidin sökülən künbəzi bərpa ediləcək və 10 gün ərzində sənəd məsələləri öz həllini tapacaq. Bundan əlavə məscidin tikintisinə lazım olan köməkliyin ediləcəyi vəd olunub. Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Şəmkir rayonu Zəyəm qəsəbəsində məscidin sökülməsi xəbəri yayılmışdı. Məlumatda qeyd olunurdu ki, qəsəbə ərazisində sakinlərin yardımı ilə tikilən məscidin özbaşınalıq nəticəsində künbəzi artıq sökülüb. Məscidin tikilməzdən öncə Hüseyniyə (namaz qılınan və dini mərasimlər keçirilən yer) olaraq fəaliyyət göstərdiyi bildirilir. / Teqlər : #Şəmkirdə məscidin söküntüsü dayandırıldı Foto , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ac fəhlələr 5 aylıq maaşlarını tələb edir Ziya Məmmədov ölkəni tərk edib (Rəsmi)