“Prişib batalyonu” ayağa qalxdı, Bakı-Astara yolunu kəsdi

Cəlilabad rayonun Göytəpə şəhərindəki N saylı Hərbi Hissənin ərazisində yerləşən hərbi şəhərcikdə yaşayan ailələr etiraz aksiyası keçirib. Bununla bağlı onların bütün mətbu orqanlarına ünvanladıqları müracıət sosial şəbəkələr vasitəsi ilə yayılıb. Maide.az xəbər verir ki, yolu kəsməklə diqqəti özlərinə çəkən keçmiş döyüşçülər yenidən onlari çixarmağa cəhd olunduğu təqdirdə sərhəddə gedib başqa bir dövlətə keçərək oranin vətəndaşliqlarini qəbul edəcəklərini  bildiriblər.
 
Müraciəti olduğu kimi təqdim edirik:  “Cəlilabad  rayon Göytəpə şəhərində hərbi şəhərcikdə əksəriyyəti  keçmiş döyüşçülər olan hərbi təqaüdçülər Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən evlərindən çixarirlar. Dünən magistiral yolu kəsməyə cəhd edən döyüşçülərlə Cəlilabad rayon icra hakimiyyətinin başçisi Əziz Əzizov görüşüb hərbi hissə komandanliği ilə söhbət apardiqdan sonra əhalini evlərinə buraxiblar . İcra başçisi getdikdən sonra yenidən hərbi hissə komandanliğindan əmr gəldi ki, 10 gün vaxtiniz var və bu müddət ərzində hara şikayət edirsiniz edin biz sizi hərbi şəhərçikdən çixaracağiq.  Komandanlıq məsləhət görür ki,  Prezident Adminstrasiyasinin qarşisinda 35 ailənin 170 yaxin üzvü ilə aksiya keçirdək. Adminstrasiya qarşisinda aksiya keçirtməyimizdə və buna təşviq etməkdə maraqlı olmalari bizdə şübhə doğurur ki, bu da dövlətçiliyimizə qarşi yəqinki növbəti təxribatdir. Burada yaşayan keçmiş hərbi təqaüdçülərin çoxu qarabağ döyüşlərində qəhrəmanliq göstərən əfsanəvi “Prişib batalyonu”nun üzvüləridir. Ulu öndər Heydər Əliyevin televizya vasitəsilə Beyləqan -Füzuli istiqamətində göstərdiyi xidməti dəyərləndirdiyi bu döyüşçülər niyə narazi salindiği məlum deyil. Dövlətimiz erməni ailəsinə qucaq açdiği və erməni kilsəsini təmir etdiyi humanist addiimlarla gündəmə gəldiyi bir anda niyə Müdafiə naziri Zakir Həsənov bizi küçələrə tökməkdə maraqlidir .  Cənab Zakir Həsənov arxa cəbhədə əskərlərlə görüşüb ruh yüksəkliyi yaratmaq istəyirsinizsə, birinci keçmiş döyüşçülərə sahib çəxmaqla bunu edin.”

Google+ WhatsApp ok.ru