Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək 24 Dekabr 2015 02:00 Ölkə Yaxın iki ildə Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək. Bununla bağlı ölkə başçısı İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” sənədində müddəa yer alıb. Tütün məhsulları ilə məhdudlaşdırmalar 2016-2017-ci illərdə həyata keçiriləcək. Sənədə əsasən, tütünə nəzarət üzrə qanunvericilik təkmilləşdiriləcək. Bununla da ictimai yerlərdə, o cümlədən ictimai nəqliyyatda tütündən istifadə qadağan ediləcək; tütün satışının stimullaşdırılması və sponsorluğu qadağan ediləcək; bütün tütün məmulatında tütünün sağlamlığa zərəri barədə iri və təsiredici şəkilli xəbərdarlıq əks etdiriləcək; 2020-ci ilədək tütün məmulatına qoyulan aksiz vergisi artırılacaq; tütün istehlakı 15%-dək azaldılacaq. Teqlər : #Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Evlərini sığortalayanlar artacaq – CƏRİMƏLƏR GƏLİR Neftçilər prospektinin daha bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb