Ərəbistanın Savola şirkəti: İranda öz fəaliyyətlərimizi davam etdirəcəyik

Səudiyyə Ərəbistanın ərzaq məhsulları istehsalı edən Savola (The Savola Group) beynəlxalq şirkəti Tehran və Ər-Riyad arasındakı gərginliklərə baxmayaraq İranda fəaliyyətini davam etdirəcək. 
Maide.az xəbər verir ki, şirkətin direktorlarından biri Reuters agentliyinə açıqlamasında deyib ki, biz əvvəlcədən də İranla ticarətin riskini bilirdik, sanksiyalar ləğv olunduqdan sonra Savola şirkəti digər şirkətlərlə rəqabət aparacaq. 
Qeyd edək ki, Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr bildirmişdi ki, Ərəbistan İranla bütün diplomatik, ticari və aviasiya əlaqələrini kəsib.  Əlcubeyrinin bu açıqlamasından sonra Savola şirkətinin səhmləri 11.5 faiz aşağı düşüb. 
Savola şirkəti İranın Savola Behşəhr şirkətininin səhmlərinin 40 faizinə sahibdir və İranın yağ bazarının 90 faizini Savola şirkəti təmin edir. 
Savola şirkətinin səhmlərinin 10 faizdən çoxu Ərəbistan hökumətinə məxsusdur. /
 

Google+ WhatsApp ok.ru