Gürcüstan-Rusiya sərhədi: 150-dən çox yük maşını qarlı yollarda qalıb

Gürcüstandan Rusiyaya yük aparan sürücülər xeyli müddətdir ki, güclü qara görə hərəkətin dayanması səbəbindən yollarda qalıblar.
 
Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən bildirir ki, onlar artıq neçə gündür, şaxtalı havada ərzaqsız və yanacaqsız qalıblar və Lars gömrük-buraxılış məntəqəsinin nə vaxt açılacağını gözləyirlər.
 
Medianın yazdığına görə, həmin ərazidə temperatur mənfi 17-dən də aşağıdır.
 
Sinoptiklər bildirirlər ki, orada son 20 ildə bu cür güclü qar və şaxta müşahidə olunmayıb./
 

Google+ WhatsApp ok.ru