Əfsanəvi müsəlman boksçu Məhəmməd Əli vəfat edib -VİDEO

Tənəffüsündə yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu Məhəmməd Əli cümə günü 74 yaşında ABŞ-da vəfat edib.
 
Maide.Az xəbər verir ki, bu barədə USA Today portalı məlumat yayıb.
 
Əli son bir neçə günü yatdığı Finkis şəhəri (Arizona ştatı) xəstəxanalarından birində dünyasını dəyişib.
 
İdmançının ailə üzvlərindən biri boksçunun ölüm xəbərini Amerika telekanalına təsdiq edib.
 
Əli boks üzrə mütləq dünya çempionu və 1960-cı ilin Olimpiya Oyunlarının qalibidir. /
 
 

Google+ WhatsApp ok.ru