`Zirə` klubu albaniyalı futbolçu ilə müqavilə imzalayıb 23 İyun 2016 01:00 İdman Maide.AZ xəbər verir ki, "Zirə" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qartallar" albaniyalı yarımmüdafiəçi Gerhard Proqni ilə müqavilə imzalayıb. 29 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. Proqni son olaraq ölkəsinin "Skenderbeu" klubunda çıxış edib. O, Albaniyanın U-19 və U-21 yığmalarının formasını geyinib. Qeyd edək ki, "Zirə" bunadək Tural Cəlilov ("Xəzər Lənkəran"), Yamin Ağakərimzadə ("Rəvan") və Murad Səttarlını (AZAL) heyətə cəlb edib. Teqlər : #`Zirə` klubu albaniyalı futbolçu ilə müqavilə imzalayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ceymi Vardinin talehi bəlli oldu - RƏSMİ “Avro-2016”: cəzalılar və “təhlükəli zona”da olanlar