`Əhalinin real gəlirləri azalib`

`Əhalinin real gəlirləri azalib`

İqtisadçı Samir Əliyev: "Gəlirlərin azalması yığım səviyyəsinə də təsir göstərib"

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin gəlirləri 2016-cı ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 21493,9 milyon manata çatıb.

FaktXeber.com-un verdiyi məlumata görə, iqtisadçı Samir Əliyev buna münasibət bildirib.

Onun sözlərinə görə, statistikaya rəğmən bu dövrdə inflyasiya səviyyəsinin yüksək olması (10,5%) əhalinin gəlirlərini üstələyib: "Bununla da əhalinin real gəlirləri son bir il ərzində 2,1% azalıb".

Ekspert bildirib ki, gəlirlərin azalması yığım səviyyəsinə də təsir göstərib: "Belə ki, 2015-ci ilin ilk yarısında gəlirlərin 14%-i yığıma yönəldilirdisə, bu ilin müvafiq dövründə bu göstərici azalaraq 9,8%-ə düşüb". "Qiymətlərin bahalaşması da öz növbəsində istehlak xərclərinin payını artırıb.

Gəlirlərdə son istehlak xərclərinin payı 74,2 faizdən 78.2%-ə yüksəlib", - deyə Samir Əliyev sözlərini yekunlaşdırıb. /

Google+ WhatsApp ok.ru