Əfqanıstanda itmiş sayılan nadir maral növünə rast gəlinib 18 Avqust 2016 01:00 Xəbərlər Alimlər bir neçə onillik ərzində ilk dəfə Əfqanıstanda mülki münaqişələr və 1979-1989-cu və 2001-2014-cü illərdəki iki böyük müharibədən sonra itmiş hesab olunan Buxara maralına rast gəldiklərini bildiriblər. AZƏRTAC ecoportal.su saytına istinadla xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun alimləri ekspedisiya zamanı dişi Buxara maralının izinə düşüblər. “İllər sonra biz sübut etdik ki, Buxara maralı Əfqanıstanda hələ də yaşayır. Bu, doğrudan da, çox heyrətamiz idi”, - deyə ekspedisiyanın iştirakçısı Zalmay Moxeb bildirib. Alimlər hazırda Əfqanıstan ərazisində yaşayan bu nadir növün sayı barədə suala cavab verməyə hazır deyillər. Amma onlar bildiriblər ki, Buxara maralının qorunması üzrə tədbirlər görmək lazımdır. Buxara maralı əsasən Qazaxıstanda, Özbəkistanda və Mərkəzi Asiyanın digər ölkələrində məskən salıb. Ötən əsrdə bu maralların populyasiyası xeyli azalıb. Çox nadir növ hesab olunan Buxara marallarının sayı hazırda 350-400 baş təşkil edir. Teqlər : #Əfqanıstanda itmiş sayılan nadir maral növünə rast gəlinib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru I Avropa Oyunlarının idea müəllifi Patrik Hikki Braziliyada belə həbs edilib -VİDEO Əksəriyyətimiz ömür boyu telefonu düzgün şarj etmirmiş - FOTOLAR