I Avropa Oyunlarının idea müəllifi Patrik Hikki Braziliyada belə həbs edilib -VİDEO

I Avropa Oyunlarının idea müəllifi Patrik Hikki Braziliyada belə həbs edilib -VİDEO

Patrik Hikki Bakıda keçirilən ilk Avropa Oyunlarının əsas təşkilatçılarından biri olub
 
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Rio-de-Janeyroda həbs edilib, Braziliya mediası xəbər verir.
Məlumata görə bu, "Olimpiya biletlərinin qeyri-qanuni satışı" ilə bağlıdır.
 
71 yaşlı cənab Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir, məlumatlarda deyilir.
 
Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb.
Polisin bildirdiyinə görə, onlar cənab Hikini həbs etməyə gələndə o, qaçmağa cəhd edib.
Cənab Hikki həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir.
 
Bakıda keçirilən ilk Avropa Oyunları onun ideyası hesab olunur.
 

Bu gün Patrik Hikki Avropa Olimpiya Komitəsinin (AOK) və İrlandiya Milli Olimpiya Komitəsinin prezidenti səlahiyyətlərini müvəqqəti olaraq dondurub. (azadliq.org)

 

 

Google+ WhatsApp ok.ru