Ərbəin zəvvarları üçün Azərbaycan şəhidlərinin adına düşərgə quruldu – FOTO 18 Oktyabr 2018 13:44 Qarabağ xəbərləri İmam Hüseynin (ə) Ərbəin zəvvarları üçün İran ərazisində 2 yerdə Azərbaycan şəhidlərinin adına istirahət düşərgələri qurulub. Maide.Az xəbər verir ki, Bicar şəhəri İmam Hüseyn (ə) məscidinin qarşısında Qarabağ şəhidimiz Allahverdi Bağırovun, Həmədan şəhərinin girişi Pəyame Nur Universitetinin qarşısında isə aprel şəhidimiz Emin Bağırovun adını daşıyan istirahət düşərgələri zəvvarların xidmətinə verilib. Bu düşərgələrdə Ərbəin ziyarətçilərinin rahatlığı üçün yatacaq, pulsuz yemək, tibbi xidmətlər və internet sistemi hazırlanıb. Xüsusi ilə Azərbaycanlı zəvvarların həmin düşərgədə istirahət etməsi üçün əvvəlcədən elanlar verilib. Qeyd edək ki, şəhidlərimizin adını daşıyan düşərgələrin yaradılmasında əsas məqsəd Ərbəin zəvvarlarına xidmətlə yanaşı Azərbaycanın işğal altında olan ərazilərinin tanıdılması , eyni zamanda şəhidlərimizin ruhuna hörmət əlamətidir. Qeyd: Zəvvar aparan karvan rəhbərlərindən xahiş olunur ki, daha yaxşı xidmət göstərilməsi üçün əvvəlcədən aşağıdakı əlaqə nömrələrindən istifadə etsinlər. Bicar düşərgəsi üçün: +989142060816 (Kumeyl Baqiri) +989184165716 (Əli Şəfifullah) Həmədan düşərgəsi üçün: +989305435085 (Rza) Teqlər : #Ərbəin,#zəvvarları,#üçün,#Azərbaycan,#şəhidlərinin,#adına,#düşərgə,#quruldu,#–,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 10 yaşlı uşağı xilas etmək üçün həyatını fəda edən şəhid - VİDEO Həmsədrlər gələn həftə regiona səfərə gələcəklər - RƏSMİ
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni