‘Tıxac problemi’ni aradan qaldırmağın yolları

‘Tıxac problemi’ni aradan qaldırmağın yolları

Ticarət mərkəzlərinin və digər bu kimi iri sahibkarlıq obyektlərinin paytaxtda cəmləşməsi

"Strateq.az"da  "Bakının çözülməyən tıxac problem: hökumət vəziyyətdən çıxmaq üçün hansı təcili addımları atmalıdır? - araşdırma" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif neçə illərdir ki, çıxış yolu axtarılsa da paytaxtın tıxac probleminin həllinin tapmamasını araşdırır.
 
Müəllif deyir ki, bu istiqamətdə bəzi tədbirlərə baxmayaraq, paytaxt yollarında tıxaclar günbəgün artır: "Təkcə son 10 il ərzində sayısız körpülərin, tunellərin, yol qovşaqlarının və yol ötürücülərinin tikilib istifadəyə verilməsinə, ayrıca genişzolaqlı yeni yolların salınmasına, eləcə də hərəkətin müntəzəm qaydada polis gücünə tənzimlənməsi hallarına baxmayaraq, paytaxtın tıxac problemi hələlik tam həll oluna bilmir"deyə müəllif görülən işlərin problemin həllinə təsirsiz ötüşdüyünü iddia edir.
 
Müəllifə görə, paytaxtda tıxac yaranmasının bir səbəbi təhsil müəssisələrinin, zavod və fabriklərin, ticarət mərkəzlərinin və digər bu kimi iri sahibkarlıq obyektlərinin paytaxtda cəmləşməsidir.
 
Məqalə müəllifi vurğulayır ki, bu müəssisələrın regionlara köçürülməsi çıxış yollarından biridir .
 
Müəllifə görə, tıxacın səbəblərindən biri sovet dövründə tikilmiş və istismar müddəti başa çatmış tikililərdən topdansatış obyektləri kimi istifadə olunması və iritonnajlı maşınların mal yükləməklə yollarda problem yaratmasıdır.
 
Müəllif daha bir səbəb kimi "Ziya Bünyadov prospekti"ni birləşdirən "Dərnəgül şossesi"ndəki tikinti materialları bazarının varlığını göstərir.
 
Yazı müllifi deyir ki, iri qabaritli və ağır tonnajlı avtomobillərin burada aramsız hərəkəti təkcə sıxlıq yaratmaqla kifayətlənmir, həm də yenicə istismara verilən yolları da bərbad hala salır.
 
Müəllifə görə, adı çəkilən bazarın paytaxt kənarına daşınması da tıxacı qaradan qaldıran təbirlərdən biri ola bilər.
 
Məqalədə deyilir ki, hələ bir neçə ay əvvəl, ekspertlər hesablamışdılar ki, hər gün azı 800-1000 yük maşını gün ərzində şəhərin mərkəzində yerləşən yükboşaltma məntəqələrindən yükləri şəhərdaxili anbar və tikinti materialları bazarlarına, o cümlədən də "Dərnəgül bazarı"na daşıyırlar.
 
Müəllif iddia edir ki, bazarın köçürülməsiylə şəhərə giriş-çıxışda, eləcə də Bakının mərkəzi küçə və prospektlərinə daxil olmadan digər rayonlara hərəkət istiqamətində önəmli bir prospekt avtomatik əlavə yükdən xilas edilmiş olur.

Google+ WhatsApp ok.ru