‘20 Yanvar’ – ‘Masazır’ istiqamətində hərəkət məhdudlaşdırılacaq 11 İyun 2020 12:42 Ölkə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir. Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edərək, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyyə edir. Teqlər : #‘20,#Yanvar’,#–,#‘Masazır’,#istiqamətində,#hərəkət,#məhdudlaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ekspertdən bahalaşma ehtimalı 12 iyunda gözlənilən hava şəraiti açıqlanıb